ARAF Beynəlxalq Polo Federasiyasına üzv seçilib

6 Dekabr 2013 18:07 (UTC+04:00)

Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Polo Federasiyasının (FİP) ümumi yığıncağı keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyası FİP-ə üzv olub. Keçirilən səsvermə nəticəsində Azərbaycanın üzvlüyü yekdilliklə qəbul olunub.
Sonda ənənəyə uyğun olaraq Azərbaycan bayrağı FİP-in prezidenti Riçard Xalilə təqdim olunub.