Əflan İbrahimov: "Mən Eldəniz Quliyevin cavabını əvvəllər yaxşı vermişəm"

6 Dekabr 2013 17:09 (UTC+04:00)
"Mən hazırda "EL" Hərəkatının siyasi partiyaya çevrilməsi istiqamətində ciddi işlər aparıram. Eldəniz Quliyev kimilərə cavab verməyə vaxtım yoxdur. O düz deyir, mən E.Quliyevə, E.Namazova, Ə.Kərimliyə, İ.Qəmbərə qoşulanda onun indiki vəziyyətində olduğu kimi avara idim".

Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatının sədri Əflan İbrahimov bildirib.

O qeyd edib ki, E.Quliyev nə danışdığını özü də bilmir: "Vaxt var idi, Eldəniz mənə qardaşım deyirdi. Çox təəssüf edirəm ki, o məni bu vaxta qədər yaxşı tanımayıb. "EL" Hərəkatının təşkilatlanması istiqamətində aparılan işlər onu qıcıqlandırır. Odur ki, ona cavab verməklə ciddiyyətimi itirmək istəmirəm".

Xatırladaq ki, Milli Şuranın üzvü E.Quliyev Ə.İbrahimovun və "EL" Hərəkatının ünvanına sərt sözlər deyib.