Qabil Hüseynli: “Milli Şura anti-Azərbaycançı dairələrin sifarişlərini həyata keçirir”

6 Dekabr 2013 14:49 (UTC+04:00)
"Milli Şura öz daxilində çox ciddi və çıxılmaz problemlər yaşamaqdadır". Politoloq Qabil Hüseynli SİA-ya açıqlamasında Milli Şuranın dekabrın 15-də mitinq keçirmək qərarına münasibət bildirərkən deyib.

Qabil Hüseynlinin fikrincə, bu qurumda təmsil olunan və anti-Azərbaycançı dairələrin sifarişini icra edən qüvvələr arasında ciddi konfliktlər yaşanır: "Müsavat qurumdan çıxacağını bəyan edir, qurum isə mitinq keçirmək qərarını verir. Belə bir şəraitdə Milli Şuranın mitinq keçirəcəyi və kütləviliyi təmin edəcəyi inandırıcı görünmür".

Rövşən NURƏDDİNOĞLU