"Gələn ilin yanvarında ikinci süni rabitə peyki ilə bağlı tender elan olunacaq"

6 Dekabr 2013 11:25 (UTC+04:00)

"Gələn ilin yanvar ayında Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı tender elan olunacaq". SİA-nın xəbərinə görə, bu barədə məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, artıq Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı bütün müzakirələr və təhlillər başa çatıb.

Onun sözlərinə görə, texniki tapşırığın yüksək beynəlxalq səviyyəyə uyğun olaraq hazırlanması yekunlaşıb: "Gələn ilin yanvar ayında tender elan olunacaq. Tender məhdud saylı şirkətlər arasında keçiriləcək. Ən müasir və yüksək keyfiyyətə cavab verən şəkildə biz bu layihəyə başlayacağıq".