Bakıda döyüş tətbiqinə tam yararlı mina atan mərmisi aşkarlanıb

5 Dekabr 2013 23:46 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əraziyə baxış keçirilərkən müəyyən olub ki, 1 ədəd 82 millimetrlik mina atan mərmi döyüş tətbiqinə tam yararlıdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı ərazidən uzaqlaşdıraraq zərərsizləşdiriblər.