Elmar Məmmədyarov həmkarları ilə regional məsələləri müzakirə edib

5 Dekabr 2013 17:14 (UTC+04:00)

ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak edən nazir Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov ATƏT-in Baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı regional məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli yolları, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.