Bu günün tarixi

5 Dekabr 2013 12:04 (UTC+04:00)

İlin 339-cü günü
İlin sonuna 26 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:32
Günəş – 07:47
Zöhr – 12:35
Əsr – 15:18
Məğrib – 17:30
İşa – 18:51

1492 — Xristofor Kolumb Haitini kəşf edib.

1904 — Yaponiya Port-Arturda rus donanmasını məğlub ediblər.

1914 — İlaliyada "Bitərəflik Bəyannaməsi" parlamentdə təsdiq edilib.

1933 — ABŞ-da "Quru qanun" ləğv edilib, spirtli içkilər leqallaşdırılıb.

1934 — Stalinə qarşı sui-qəsddə günahlandırılan 70 nəfər güllələnib.

1934 — Türkiyədə qadınlara seçki hüququ verilib.

1936 — SSRİ VIII Fövqəladə sovetlər qurultayı başa çatmış, SSRİ-nin yeni Konstitusiyası qəbul edilib.

1946 — Nyu- York şəhəri BMT-nin daimi qərargahı seçilib.

1962 — ABŞ və Sovet İttifaqı Sakit okean hövzəsinin birgə istifadəsinə qərar veriblər.

1977 — Prezident Ənvər Sədatın İsrailin müstəqilliyinə tərəfdar çıxmasından sonra 5 ərəb ölkəsi Misirlə diplomatik əlaqələri kəsib.

1978 — SSRİ və Əfqanıstan arasında 20 illik dostluq müqaviləsi imzalanıb.

1984 — BMT-nin üzvləri qanun pozulmasına görə cəza nəzərdə tutan beynəlxalq müqavilə layihəsini yekdilliklə qəbul ediblər.

1985 — Böyük Britaniya YUNESKO–dan çıxıb.

1989 — Marqaret Tetçer yenidən Mühafizəkar Partiyanın lideri seçilib.

1991 — Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Daxili İşlər Nazirliyi yanında Ali Dövlət İdarəetmə orqanlarını mühafizə şöbəsi yaradılıb.

1994 — ATƏT-in Budapeşt sammiti başlayıb.

1995 — Havyer Solana NATO-nun baş katibi seçilib.

1995 — Fransa yenidən NATO-nun tərkibinə qayıtdığını elan edib.

1996 — Madlen Olbrayt ABŞ dövlət katibi vəzifəsinə təyin edilən ilk qadın olub.

1997 — Fransa nasist qaz kameraları məsələsini yenidən gündəmə gətirib.

1998 — Kamboca hökuməti ilə danışıqlar nəticəsində Tailand cəbhəsinə toplaşmış "Qırmızı Khmer" döyüşçülərinin son dəstəsi silahlarını təhvil veriblər.

2007 — E.ə.4-cü əsrə aid büst Nyu-Yorkda 57,7 milyon dollara satılmışdır. Bu indiyə qədər satılan ən bahalı antik əşya sayılır.