3 nəfər “Əbədi Lider” qızıl döş nişanı ilə mükafatlandırılacaq EKSKLÜZİV

4 Dekabr 2013 15:03 (UTC+04:00)

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ilə Sabitlik və İnkişaf Mərkəzi Ümumilli lider sevənlərdən 3-nəfəri "Əbədi Lider" qızıl döş nişanı ilə mükafatlandırılacaq. Bu barədə SİA-ya Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov məlumat verib. O bildirib ki, mükafatlandırma 28-29 dekabr tarixlərində Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təşkil edilən konsert proqramında baş tutacaq.

Namizədlərin adlarını açıqlamaq istəməyən R. Məmmədov bildirib ki, həmin insanlar mərkəz tərəfindən aparılan araşdırmalar nəticəsində seçilir: "Adlar bizə məlumdur. Lakin biz bu adları indidən açıqlamaq istəmirik ki, daha maraqlı olsun. Təbii ki, onların hər biri Ümumilli lideri sevənlərdir".

Döş nişanının təsis edilməsi tarxindən danışan R. Məmmədov vurğulayıb ki, belə bir nişanın təsis edilməsi ilə bağlı ideya 2003-cü ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ilə Sabitlik və İnkişaf Mərkəzi arasında imzalanan birgə iş protokolundan sonra irəli sürülüb: " 2003-cü ildə biz Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərova uz tutaraq təklifimizi irəli sürdük. O da bizim təklifimizə xeyir duasını verərək bizi alqşladı. Vaxtilə hər birimizin valideynləri Leninin döş nişanını sinələrində daşıyırdılar. Lakin tarix bizə misli görünməyən bir sərkərdə nəsib etdi. Ulu öndər dünyada heç bir qüvvə ilə müqayisə olunmayan bir şəxsiyyətdir. Niyə də onun döş nişanları insanların döşündə olmasın?".

Vitse-prezident həmçinin qeyd edib ki, 2003-cü ildən bu günə qədər 94 nəfərə bu mükafat təqdim edilib: "Onlar arasında tələbə, müəllim, hüquq mühafizə orqanları, tanınmış simalar var. Mükafatlandırma Ulu öndərin anım və doğum günlərində həyata keçirilir. Mükafatların verilməsi bundan sonra da davam edəcək".