Azərbaycan müəllimlərinin XIV qurultayında nələr müzakirə olunacaq?

4 Dekabr 2013 12:46 (UTC+04:00)

"Azərbaycan müəllimlərinin XIV qurultayı dekabrın 14-də keçiriləcək". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, ənənəvi olaraq 5 ildən bir Azərbaycan müəllimlərinin qurultayı keçirilir: "Qurultayda əsasən Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunacaq. Bundan əlavə, təhsilin digər pillələrinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək".