Əvəz Təmirxan: “Milli Şura daxilindəki müəyyən dəstələrdən öz sədrini qorumaq iqtidarında deyilsə...”

3 Dekabr 2013 13:21 (UTC+04:00)

"ALP vaxtı ilə Milli Şurada təmsil olunub. Ona görə də, Milli Şurada baş verən hadisələrə münasibət bildirmək hüququna malikdir. Milli Şuranın bu gün keçirilən iclasında çox şey məlum olacaq". Bu sözləri Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Təmirxan SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Şura əgər bu gün daxilindəki "müəyyən dəstələr"in təzyiqi ilə Rüstəm İbrahimbəyovun qeyri-ciddi istefa ərizəsini qəbul edərsə, bu, Milli Şuranın nüfuzuna həqiqətən xələl gətirəcək: "Milli Şura öz daxilindəki müəyyən dəstələrdən öz sədrini qorumaq iqtidarında deyilsə və bununla mübarizə apara bilmirsə, xalqın hüquqlarını müdafiə edə bilmək qabiliyyəti birə yüz azalacaq. Ona görə də yaxşı olar ki, Milli Şura üzvləri Rüstəm İbrahimbəyovun istefa ərizəsini qəbul etməsinlər. Rüstəm İbrahimbəyovun təklif etdiyi kimi, o həmsədr təyin oluna bilər".

Ülkər MUSAZADƏ