Baş nazir: " Dövlət rəsmiləri Soçi-2014 Qış Olimpiya Oyunlarında iştirak etməyəcək"

2 Dekabr 2013 15:51 (UTC+04:00)

Gürcüstanın baş naziri İrakli Qaribaşvili dövlət rəsmilərinin Rusiyanın Soçi şəhərində təşkil ediləcək Qış Olimpiya Oyunlarına getməyəcəyini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni hökümət bundan öncəki iqtidarın etirazlarına məhəl qoymayaraq gürcü idmançıların Qış Olimpiya Oyunlarına getməsi istiqamətində qərar qəbul edib.

Baş nazir sözügedən məsələ barədə Rusiya mətbuatına açıqlama verib.

Onun sözlərinə görə, Rusiya və Gürcüstan arasında mövcud olan münasibətlər 2008-ci ildə baş vermiş müharibədən sonra öz kəskin dövrünü yaşayır. Məhz, bu kimi səbəblərdən dövlət rəsmilərinin Soçi şəhərinə səfəri baş tutmayacaq.

Qeyd edək ki, Soçi-2014 Qış Olimpiya Oyunları 7-23 Fevral 2014 tarixləri arasında keçiriləcək.