"Putinin Ermənistana etdiyi səfər Rusiyanın ermənilərə dəstək kampaniyasının davamıdır. Təbii ki, bu səfər Ermənistan rəhbərliyini məmnun edib. Çünki hər iki dövlət arasında imzalanan sənədlər də bunu göstərir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva bildirib.
Putinin Ermənisana səfərini şərh edən millət vəkili suallarımızı cavablandırarkən qeyd edib ki, bu səfər bir neçə məqsədə xidmət edir: "Əvvəla, Putin Rusiyanın Ermənistanda mövqeyini daha möhkəmləndirmək, boşluq olan yerlərdəki zəiflikləri aradan qaldırmaq üçün bu səfəri edib. İkincisi, bu səfərin əsas məqsədlərindən biri Ermənistanda sabitlik yaratmaqdır. Birinci amil onsuzda mövcuddur. Yəni, Ermənistan faktiki olaraq Rusiyanın nəzarətindədir, müstəqil siyasətə malik deyil. Ancaq Ermənistanda sabitlik yaratmaq mümkün olmayacaq".