Yeni iş yerlərinin 72,9 faizi regionların payına düşür

2 Dekabr 2013 11:51 (UTC+04:00)

Bu ilin doqquz ayında ölkədə 82 min yeni, o cümlədən 61,4 min daimi iş yeri açılıb. Dövlət Statistika Komitəsindən SIA-ya verilən məlumata görə, 2009-cu ildən cari ilin oktyabrın 1-dək cəmi 443,1 min olmaqla 336,7 min daimi iş yeri yaradılıb. Bu ilin doqquz ayında açılmış daimi iş yerlərinin 10 faizi yeni yaradılıb, 13,9 faizi mövcud müəssisə və təşkilatlarda, 75,8 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb. Həmçinin, yeni iş yerlərinin 72,9 faizi regionların payına düşür.