Gözəl Bayramlı: "Asəf Quliyev yalan danışır"

1 Dekabr 2013 16:16 (UTC+04:00)

Prezident seçkilərindən öncə Milli Şuradan və AXCP-dən istefa vermiş Asəf Quliyev AXCP rəhbərliyini də hədəfə alan bəyanat səsləndirib. Keçmiş cəbhəçinin bildirdiyinə görə, hələ 2011-ci ilə o, partiyanın seçkilərə ayrıca şəkildə qatılması və heç bir bloka qoşulmaması təklifini irəli sürmüşdü. Lakin AXCP rəhbərliyi başda Əli Kərimli olmaqla bu təklifi qəbul etməyərək, Milli Şura ideyasını dəstəklədi və nəticədə məğlubiyyət baş verdi.

Məsələ ilə bağlı SİA-ya eksklüziv açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramlı isə Asəf Quliyevin hansı iddialarla çıxış etməsinə marağının olmadığını bildirdi: "Asəf Quliyev yalan danışır və onun iddialarına şərh vermək istəmirəm. Ümumiyyətlə, mən belə bir şeyi xatırlamıram. Asəf Quliyev dediklərinin məsuliyyətini özü daşıyır".

Rövşən NURƏDDİNOĞLU