Elçin Hüseynovla Günay İbrahimli bir araya gəldi

28 Noyabr 2013 11:54 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, yeni restoranının açılışını edən müğənni Elçin Hüseynov yeni mahnısını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, "Yalanın adı" adlanan bəstənin sözləri Tərlan Məmmədhüseynova, musiqisi isə Elçin Cəfərova məxsusdur. Mahnıda Günay İbrahimli də yer alıb. Belə ki, o, "Yalanın adı" bəstəsində bekvokal oxuyub.

Qeyd edək ki, Elçin Hüseynov həmin mahnıya ekran işi verməyi də düşünür.