Bir neçə rayonun qazı kəsiləcək

25 Noyabr 2013 17:11 (UTC+04:00)

Təmir işləri ilə əlaqədar 26 noyabr 2013-cü il tarixində saat 09:00-dan 17:00-dək "Quba" Qazpaylayıcı Stansiyasında, "Quba" və "Qəçrəş" ölçü qovşaqlarında, saat 10:00-dan 16:00-dək "Sulutəpə" Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan 18:00-dək "Xudat" Avtomatik Qazpaylayıcı Stansiyasından Xudat şəhərinə gedən qaz kəmərində, saat 11:00-dan 13:00-dək "Böyükşor" Qazpaylayıcı Stansiyasında, saat 11:00-dan 14:00-dək "Kövər" Qazpaylayıcı Stansiyasında, saat 14:00-dan 15:00-dək isə "Sahil-2" qaz ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

SİA-nın məlumatına görə, təmir işləri aparılan müddətdə Quba rayonuna, Binəqədi, Xəzər və Sabunçu rayonlarının bir hissəsinə, Xaçmaz rayonunun Xudat şəhərinə və Yevlax rayonunun Kövər kəndinə təbii qaz verilişində fasilələr yaranacaq.