YAP Gənclər Birliyinin Nizami rayon təşkilatının sədri Əli Pənahov:
- Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilməklə bərabər, həm də demokratikləşmə prosesində yüksək səviyyədə iştirak edərək, mədəniyyət, incəsənət, elm və digər sahələrdə də parlaq nailiyyətlər qazanıb, dövlətçilik ənənələrini daim uca tutur. Azərbaycanda gəncliyə dövlət qayğısı uğurlara hesablanan bir siyasətdir ki, bu siyasət nəticəsində də sağlam və intellektual nəslin formalaşmasının şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyev daima gənclərin ictimai-siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, gənclərin beynəlxalq əməkdaşlığı ilə bağlı düşündüyü üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır.
.jpg)
YAP Gənclər Birliyinin Xətai rayon təşkilatının idarə heyətinin üzvü Tərlan Səfərov:
-Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncləri indi də bütün sahələrdə özlərini doğruldurlar. Ulu Öndərimiz Heydər Əliyev öz fəaliyyətində həmişə gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət yetirmişdir. Prezident İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Ölkənin ictimai–siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına daim dəstək verilir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirirlər.
.jpg)
Cahid Süleymanov