Hadı Rəcəbli: “YAP xalqa xidməti ilə seçilir” MÜNASİBƏT

23 Noyabr 2013 16:10 (UTC+04:00)

"Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda müasir texnologiyalarla idarə olunan partiyadır". Bu sözləri SİA-ya millət vəkili Hadı Rəcəbli YAP-ın 21-ci ildönümü ilə bağlı danışarkən deyib. O bildirib ki, Partiyanın özəl cəhətlərindən biri onun yüksək sistemə, struktura malik olmasıdır.

Millət vəkilinin sözlərinə görə, YAP təkimilləşmiş bir partiyadır: "Sevinirik ki, partiyamız çox güclüdür və biz də bu partiyanın üzvləriyik. İnanır və əminik ki, Partiyanın bundan sonrakı uğurları daha da çox olacaq. Partiyamız hakimiyyət partiyasıdır və uzun illərdir ki, bunu öz əlində saxlayır və saxlayacaq da. YAP xalqa xidməti ilə seçilir və daim də bu xidmətini davam etdirəcək. Yeni Azərbaycan Partiyası xalqımız tərıfindən sevilən və daim dəstəklənən partiyadır. Buna da sübut ölkəmizdə cari ildə keçirilən prezident seçkiləri oldu".