Amerika Birləşmiş Ştatları ABŞ-ın 35-ci Prezidenti Con Fitscerald Kennedinin qətlinin əllinci ildönümünü qeyd edir. Məlum olduğu kimi, Con Kennedi Texas ştatının Dallas şəhərində prezident korteci Dili Plaza rayonundan keçərkən Li Harvi Osvaldın Texas məktəb dərslikləri anbarı binasının 6-cı mərtəbəsindən açdığı üç atəşlə qətlə yetirilib. Bu qətl Amerika tarixində ən faciəvi qətl hesab edilir.
Con Kennedi "televiziya üçün hazır olan" əla natiqlik qabiliyyətinə malik ilk prezident kimi tanınıb. O həmçinin Amerikanın 1960-cı ildə prezident seçkiləri zamanı qadın nümayəndələrin daha çox səsini toplamış ilk katolik prezidenti olub.
Elm küçəsində, Prezidentin öldürüldüyü yerdə üç atəşi ifadə edən üç xaç var, Dallasdakı Texas məktəb dərslikləri anbarının 6-cı mərtəbəsi isə muzeydir.