Əmir Əliyevin «İnsan hüquqları» kitabı işıq üzü görüb

22 Noyabr 2013 13:53 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin "İnsan hüquqları" kitabı işıq üzü görüb. SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq edilən kitabda insan hüquqlarının beynəlxalq və milli (dövlətdaxili) hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri, hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar (universal, regional, ikitərəfli), o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin qanunvericiliyi əsasında geniş təhlil edilib.

Kitabın rəyçiləri İnsan hüquqları üzrə Müvəkkil, professor Elmira Süleymanova, AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktoru, millət vəkili, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanuvericilik şöbəsinin müdiri, profesor Lətif Hüseynov, BDU-nun kafedra müdiri, professor Rüstəm Məmmədovdur.