“Haykakan Jamanak”: “Ermənistan höküməti sahibkarları soymaqla məşquldur”
22 Noyabr 2013 11:39 (UTC+04:00)
Ermənistanın ölkə rəhbərliyinin təşəbbüsü ilə kiçik və orta biznes nümayəndələri 2014-cü ilin 1 yanvar tarixindən başlayaraq məcburi pensiya yığımı sistemini həyata keçirəcəklərini bildiriblər. Bu haqda SİA Ermənistanın "Haykakan Jamanak" qəzetinə istinadən xəbər verir.
Erməni nəşri qeyd edir ki, sahibkarlar məcburi qaydada aldıqları məvacibdən erməni hökümətinə 5% ödəməlidirlər.
Qeyd edək ki, yeni sistemin tədbiqinə qarşı qətiyyətlə mübarizə aparan erməni icması bununla bağlı tətillər və mitinqləri davam etdirirlər.