Dünən Bakının Qaradağ rayonu Qobustan qəsəbəsində massiv 1 deyilən ərazidə başsız qadın meyiti tapılıb. SİA-ya daxil olan məlumata görə, əvvəlcə qəsəbə sakinlərindən biri nəfər qamışlıqda adam cəsədi görüb və bu barədə müvafiq polis bölməsinə məlumat verib. Dünən gecə saatlarına qədər hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar. Öldürülən qadının şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb. İlkin məlumatlara görə, başı kəsilən qadının meyiti bir neçə gün bundan öncə ki, qamışlıqda atılıb.