U-21 bu gün makedoniyalı həmyaşıdları ilə qarşılaşacaq

15 Noyabr 2013 17:25 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Skopye şəhərindəki "National Arena Filip II Macedonian" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da Makedoniya və Azərbaycan yığmaları qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, qarşılaşmanı Çexiyanı təmsil edən hakimlər idarə edəcək:

Baş hakim: Petr Ardeleanu

Baş hakimin köməkçiləri: Patrik Filipek, Petr Blazej

Dördüncü hakim: Zbynek Proske