Əfsanəvi elektron musiqi Dj-i Tiesto Bakıya gələcək. SİA-nın verdiyi xəbərə görə, musiqi sənayesinin bütün dahiləri kimi o, çətin həyat məktəbi keçib. Bir neçə il ərzində Tiesto Amsterdam party-nin sıravi Dj-i olub. Sonra Almaniya və İngiltərədə ucuz gecə klublarında çalışıb. Onun ilk uğuru 1996-cı ildə Niderland trance-house saundunda fasilə yaranması ilə olub.
Bu gün isə Tiesto məşhurluğun zirvəsindədir. İki il bir-birinin ardınca Britaniyanın nüfuzlu jurnalı DJ Mag onu dünyada 1 nömrəli Dj adlandırır.
Həmçinin Tiesto Nokia TMF Awards, Dutch DJ Awards, Dancestar USA, MTV Music Awards və s. festivallarda ən yaxşı Dj adını qazanıb. O, məşhur Britaniya klubu Cream-in rezidentidir. Pol Van Daykla birlikdə İbizada xüsusi əyləncə gecələrində çıxış edir. Onun Dj setləri Devid Boui və Mobi kimi dünya ulduzlarının konsertlərindən öncə publikanı şənləndirib. Tiestonun Hollandiyada simfonik orkestrla çıxışına 25000 bilet satılıb. Tiesto P Diddy, Naomi Kempbell və Kameron Diasın böyük zövqlə dinlədiyi dünya miqyaslı Dj-dir.
Qeyd edək ki, konsert dekabrın 13-ü saat 21:00-da Crystal Hall-da baş tutacaq. Biletlərin qiyməti isə 45, 120, 250 manat arasında dəyişir.