Şimali Koreya: KXDR Suriya müharibəsində iştirak etmir

15 Noyabr 2013 09:21 (UTC+04:00)

"Koreya Xalq Demokratik Respublikası Suriya müharibəsində iştirak etmir". SİA-nın məlumatına görə, bu barədə STAK agentliyi xəbər yayıb.

Şimali Koreya XİN-i rəsmi olaraq bildirib ki, KXDR-in Suriya hökumətinə silah yardımı göstərməsi və hərbi təyyarəçilərin müxalifətçilərin cinahlarını bobmbalaması xəbəri dezinformasiyadır.

Ölkənin xarici işlər nazirliyi bəyan edib ki, KXDR Suriya probleminin sülh yolu ilə həllini istəyir və xarici müdaxiləni dəstəkləmir.