Ermənistan ordusunun bölmələri noyabrın 13-də və 14-də gecə Azərbaycan Respublikasının Tovuz, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.