Xətai rayonunda minik avtomobili yanıb

13 Noyabr 2013 23:17 (UTC+04:00)

Xətai rayonunda minik avtomobili yanıb. Bu barədə SİA məlumat verib.

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "ZAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bərdə rayonu, Xəsili kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus "Volvo" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.