Millət vəkilindən 3 manatlıq əsginaslar çap edilməsi təklifi

13 Noyabr 2013 17:30 (UTC+04:00)

"Azərbaycanda 3 manatlıq əsginaslar çap edilməlidir. Bu gün cəmiyyətdə xırda pul problemi müşahidə olunur". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında millət vəkili Yevda Abramov deyib.

Onun sözlərinə görə, 5 manatlıq əsginası xırdalamaq üçün görün nə qədər 1 manatlıq lazımdır: "3 manatlıq əsginas çap olunsa, görün nə qədər manatlıq əsginasın çap olunmasına qənaət edilər".

Millət vəkili Mərkəzi Bankın sədri Elman Rüstəmova bu məsələni nəzərdən keçirməyi təklif edib.