Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan Klod Minyon Avropa Şurasının baş katibi postuna iddialı olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, AŞPA prezidenti Moskvaya səfəri zamanı diqqətə çatdırıb ki, baş katib seçiləcəyi təqdirdə, Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında əlaqələri inkişaf etdirmək niyyətindədir.
Qeyd edək ki, Avropa Şurasının baş katibi postuna namizədlər 2014-cü il yanvarın 1-dək məlum olacaq.
Şahin Abasov