Rəşad Sadiqov da millinin heyətindən çıxarıldı

13 Noyabr 2013 18:04 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib. Siasport.az saytının məlumatına görə, zədəli olduğu üçün Rəşad Sadiqov ("Neftçi") heyətdən çıxarılıb. Onun əvəzinə Ruslan Əmircanov ("İnter") milli komandaya dəvət olunub.