"Türkiyə Azərbaycan arasında müxtəlif sahələrin inkişafı üzrə imzalanan müqavilələr hər iki ölkənin gələcək inkişafında mühüm rol oynayacaq". Bu sözləri SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli bu gün iki ölkə arasında imzalanan müqavilələrin əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, imzalanan yeni sənədlər geniş sahələri əhatə edir və bu sənədlər əməkdaşlığın daha da möhkəmlənməsi mərhələsinin başlanğıcından xəbər verir.
Onun sözlərinə görə, Azərbaycan Türkiyə arasında imzalanan sənədlər hər iki dövlətin daha da güclənməsinə, onların əməkdaşlığının daha da dərinləşməsinə, bütünlükdə türk dünyasının, regionun inkişafına yönələn sənədlərdir: "Prezident İlham Əliyevin söylədiyi kimi, Türkiyə güclü olduqca, Azərbaycan da güclüdür. Bu, həqiqətən də belədir. Hesab edirəm ki, hər iki dövlət güclü olduqda bütün türk dünyası güclü olacaq. Bütün türk dünyasında iki böyük dövlət var ki, o da Azərbaycan və Türkiyədir".