İtaliya estradasının onlarla əfsanəvi ifaçılarının iştirakı ilə "San-Remo festivalının ulduzları Bakıda" adlı konsert keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, XX əsrin 80-ci illərində San-Remo şəhərində keçirilən İtaliya mahnıları festivalı milyonlarla tamaşaçının ürəyini fəth edib. Konsertdə San-Remo - İtaliya mahnıları festivalının iştirakçıları, qalibləri, İtaliya estradasının Al Bano, Toto Kutunyo, Pupo, "Matia Bazar", Rikkardo Foli, "Rikki e Poveri", Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo və İvan Spaqn kimi superulduzlar çıxış edəcəklər.
Qeyd edək ki, konsert dekabrın 18-i saat 19:00-da Baku Crystal Hall-da baş tutacaq. Biletlərin qiyməti isə 20-500 manat aasında dəyişir.