ABU-nun Çellenc Kubokunda keçirəcəyi oyunların vaxtı müəyyənləşib

12 Noyabr 2013 16:19 (UTC+04:00)

Bakının ABU klubunun qadın həndbolçular arasında Çellenc Kuboku turnirində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Siasport.az saytının məlumatına görə, 3-cü mərhələdən mübarizəyə başlayacaq təmsilçimiz hər iki oyununu Bakıda keçirəcək.
Yunanıstanın "QAS Meqas Aleksandros" klubu ilə görüşəcək ABU komandası rəqibi ilə bu barədə razılığa gəlib. Bu səbəbdən komandalar noyabrın 15-də ilk, ertəsi gün cavab matçına çıxacaqlar.
İlk oyunda nominal meydan sahibi Yunanıstan klubu olacaq.