Miri Yusif "Bağışla" dedi

12 Noyabr 2013 11:30 (UTC+04:00)

Müğənni Miri Yusif yeni mahnısını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, bəstə "Bağışla" adlanır. Sənətçi bu mahnının da digərləri kimi bəyəniləcəyinə əmindir.

Nəzərinizə çatdıraq ki, "Bağışla" mahnısının sözləri və musiqisi Miri Yusifin özünə, aranjimanı isə Emin Kərimiyə aiddir.

Qeyd edək ki, Miri Yusif noyabrın 23-də saat 21:00-da "Eleven" restoranda konsert proqramı ilə çıxış edəcək.