Məhkumdan mobil telefon aşkar edilərək götürülüb

11 Noyabr 2013 12:18 (UTC+04:00)

Penitensiar xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1983-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavadxan Hacımahama oğlu Hacıyevin üzərinə baxış keçirilib. Bu zaman alt paltarının içərisində gizlətdiyi daxilində danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.