İranın nüvə proqramı üzrə danışıqlarının növbəti raundu nəticəsiz başa çatıb

10 Noyabr 2013 00:29 (UTC+04:00)

Cenevrədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton və ABŞ dövlət katibi Con Kerri arasında keçirilən Tehranın nüvə proqramı ilə bağlı danışıqlarının üçüncü raudu nəticəsiz başa çatıb.

Bu barədə danışqlar prosessinə yaxın olan mənbə bildirib.

Məlumata görə, tərəflər razılığa gələ bilməyiblər.

Bunda öncə,İran xarici işlər naziri bildirib ki, Cenevrədə keçirilən danışıqlarda razılıq əldə olunmasa, danışıqlar 7-10 gün sonra yenidən davam etdirilə bilər.