Nəcəf Novruzov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Nərimanov rayon təşkilatının idarə heyətinin üzvü:
- Azərbaycan Respublikasının dövlət bayramları sırasına əlamətdar gün kimi daxil olan 9 noyabr Dövlət Bayrağı günü ölkəmizin bütün şəhər və rayonlarında təntənəli şəkildə qeyd olunmaqdadır. Ölkəmizin bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar nəsillərdən-nəsillərə keçərək günümüzədək gəlib çatıb. Azərbaycan gəncləri bir sıra beynəlxalq tədbirlərdə dəfələrlə bayarğımızı dalğalandıraraq vətən torpağımızın rəmzi, birlik və varlığımızın ifadəsi kimi Azərbaycanın şan-şöhrətini dillərdə dastana çeviriblər. Azərbaycanın adı ən möhtəşəm tədbirlərdə ön sıralarda çəkilir. Bu da Ölkə başçısının düzgün və məqsədyönlü siyasətinin göstəricisidir. Biz inanırıq ki, hər addımda siyasi iradə nümayiş etdirən, ümumxalq məhəbbəti qazanmış möhtərəm Prezidentimiz, ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli möhtəşəm Dövlət Bayrağımız yaxın gələcəkdə Xankəndinin mərkəzi meydanında əzəmətlə dalğalanacaqdır.
YAP Gənclər Birliyinin Nizami rayon təşkilatının sədri Əli Pənahov:
- Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Üçrəngli bayrağımızda Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapıb. Milli bayrağın mahiyyətini, mənəvi-ideoloji mənasını anlamayan bir kəsdə bayraq sevgisi yarana bilməz. Bu mənada üçrəngli bayrağımız bugünkü Azərbaycan gənclərinin milli varlıq fəlsəfəsidir. Sevindirici haldır ki, bu gün gənclərimiz milli baryaq ideyasını kifayət qədər anlayır, onun istər daxildə, istərsə də xaricdə tanınması üçün yüksək səviyyədə işlərini qururlar. Dövlətimizin başçısı Cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, dövlət atributlarına daima xüsusi diqqət və qayğısı nəticəsində gündən-günə inkişaf edən, gözəlləşən paytaxt Bakı şəhərinin ən görkəmli yerində, böyük bir ərazidə Dövlət Bayrağı Meydanı yaradıldı. Elə həmin ildən də Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevrildi. Dünyada ən böyük bayraqlardan sayılan üç rəngli bayrağımız Ginnesin rekordlar kitabında böyüklüyü və təkrarolunmazlığı ilə əbədiyyət rəmzi kimi təsdiqləndi. Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması uzun illər, bəlkə də əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, süverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu. Mən, Yeni Azərbaycan Partiyası gəncləri adından bu möhtəşəm gün münasibətilə xalqımızı təbrik edirəm. Ümüd edirəm ki, daima yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız işğal altında qalan torpaqlarımızda əzəmətlə dalğalanacaq.
YAP Gənclər Birliyinin Sabunçu rayon təşkilatının sədri Rəşad Abbasəliyev:
- Müstəqil dövlət kimi varlığımızı təsdiqləyən tarixi hadisələrin sevincini yaşadıqca qürur mənbəyimiz olan üçrəngli bayrağımız fərəhli anlarımızın əsas atributu kimi daim yüksəklərdə dalğalanır. Azadlıq uğrunda canlarından keçən şəhidlərimizin ruhunu yaşadan bayrağımız dünya birliyində bizi tanıdan, təmsil edən siyasi kimliyimiz, mənəviyyatımız, milli təfəkkür və məfkurəmizdir. Bu gün Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkə kimi dünyaya nümunə göstərilir. Azərbaycan artıq böyük bir regional, sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Biz bu gün müstəqil ölkə kimi böyük qürur hissi ilə yaşayırıq. Fəxr edirik ki, Azərbaycan gəncləriyik. Dövlət Bayrağı meydanında dalğalanan üçrəncli bayrağımız isə sadalanan və sadalanmayan bütün uğurlarımızın qarantıdır.