Səkkiz hüquq ədəbiyyatı çap ediləcək

7 Noyabr 2013 14:35 (UTC+04:00)

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən "Yeni hüquq ədəbiyyatı" layihəsi çərçivəsində səkkiz hüquq ədəbiyyatı çap edəcək. SİA-nın məlumatına görə, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi layihə çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, AMEA-nın İnsan Hüquqları İnstitutu və Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə sıx əməkdaşlıq etməklə "Qaçqınların İşləri üzrə Avropa Məhkəməsinin Qərarları", Hüquq üzrə fəlsəfə doktoru, AMEA İnsan Hüquqları Elmi Tədqiqat İnstitunun direktoru Aytən Mustafayevanın "Bioetika, Hüquq və İnsan Hüquqları", Vüqar Əsgərovun "Dövlət qulluğuna dair normativ hüquqi səndlər və sınaq test nümunələri", Dr. Mübariz Yolçuyevin "Sığorta hüququnda Sığortanın varisliyə əsaslanan reqres hüququ", hüquq üzrə fəlsəfə doktoru, Etibar Əliyevin "Beynəlxalq nəqliyyat hüququ" (ingilis dilində), Dr. Əfsər Sadıqovun "Beynəlxalq enerji hüququ enerji təhlükəsizliyinin təminat sistemi kimi", Əkrəm Həsənovun "Azərbaycan Respublikasının Bank Hüququ" (rus dilində), Bernard.M.Dikkensç, Rebekka C.Kuk, Ester Kismodinin "Reproduktiv Sağlamlıq – Etik şərhlərlə misallar" kitablarını hazırlayıb.

Kitablar pulsuz olmaq şərtilə gənc hüquqşünaslar, tələbələr, hüquq sahəsi üzrə təlim keçirən QHT-lərə, həmçinin digər aidiyyatı qurum və şəxslərə paylanacaq.