Tovuz rayonunda 2607 nəfər sürətli internet istifadəçisi var. Tovuz Rayon Telekommunikasiya Qovşağından (TRTQ) SİA-ya verilən məlumata görə, rayonda internetdən istifadə edənlərin sayı günbəgün artır. Ötən il 1260 nəfər internet istifadəçisi olduğu halda hazırda 2607 nəfər sürətli internetdən istifadə edir. İnternet istifadəçilərinin 1537 nəfəri aztelekom.net-dən, 725 nəfəri data-dan, 155 nəfəri azdata.com-dan, 107 nəfəri avirseldən, 83 nəfəri isə qlobaldan istifadə edir. Bundan əlavə, telefon vasitəsi ilə internetdən istifadə edənlərin sayı da artır.