Çempoinluq yolunda əsas rəqiblər hansı komandalardır?
Premyer Liqada iddialı klub çoxdur. Çempionluğun taleyini bir xal da həll edə bilər. Ona görə hər oyuna maksimum nəticə üçün çıxmalıyıq. "Neftçi" 3 qat ölkə çempionudur və bütün rəqiblər bizə oyunlarda ikiqat güc sərf edir. Çempionluq heç kimə asan başa gəlmir. Gördüyünüz kimi, hər matçda güzəştsiz mübarizə gedir. Bizim hədəfimiz birinci yeri tutmaqdır və bunun öhdəsindən gələ biləcək gücdəyik.