"Məktəblərdə futbol dərsi": 136 saylı orta məktəb FOTOSESSİYA

30 Oktyabr 2013 16:32 (UTC+04:00)

Bu gün Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbin ərazisində AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada "Məktəblərdə futbol dərsi" layihəsinin açılışı olub. Siasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan milli komandasının və "İnter" klubunun üzvü Vaqif Cavadov iştirak edib. Məktəbin direktoru Lütfiyyə Qasımova çıxış edərək iştirakçıları salamlayıb. Sonra Lütfiyyə Qasımova və Vaqif Cavadov topa ilk toxunuş ediblər. Vaqif Cavadov tərəfindən şagirdlərə avtoqraf verilib.

Qeyd edək ki, 136 saylı orta məktəbdə bu layihə 410 şagirdi əhatə edəcək.