Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənova general-polkovnik hərbi rütbəsi verildi

22 Oktyabr 2013 21:55 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Zakir Həsənova general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Zakir Əsgər oğlu Həsənova general-polkovnik hərbi rütbəsi verilsin.

Qeyd edək ki, dövlət başçısının imzaladığı Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncama əsasən, Daxili Qoşunların komandanı Z.Həsənov müdafiə naziri təyin edilib.