21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunun stadionu və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. Siasport.az saytının məlumatına görə, yığmamız noyabrın 15-də, Bakı vaxtı ilə saat 20:00-da, Skopye şəhərindəki National Arena Filip II Macedonian stadionunda Makedoniya komandası ilə qarşılaşacaq.