İstedadlı tarzən Humay Qədimova ikinci dəfə bibi olub. SİA-nın verdiyi xəbərə görə, onunla bir ansamblda çalışan kamança ifaçısı Sevinc Qədimovanın Humay xanımın qardaşı ilə evliliyindən ikinci övladları dünyaya gəlib. Humay ailəsi ilə birlikdə bibi olmağının sevincini yaşayır: "Yeni dünyaya gələn körpəni ziyarət etdik. Çox gözəldir. Qızımızın üzündən nur yağır. Allah bütün balaları var etsin. Atası Naxçıvanda ezamiyyətdə olduğundan, adını onun gəlişindən sonra qoymağı düşünürük. Bibisinin hədiyyəsi isə dəyərli olacaq. Adına qızıl almışam".