43 yaşlı "qara panter" fransız jurnalının üz qabığında

16 Oktyabr 2013 13:00 (UTC+04:00)

43 yaşlı supermodel Naomi Kempbel yeni fotosessiya etdirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "qara panter" ləqəbli model fransız jurnalı olan "Stiletto"nun xüsusi buraxılışı üçün kamera qarşısına keçib.

Qeyd edək ki, qara- ağ fonda şəkillər çəkdirən 43 yaşlı model Naomi, rusiyalı iş adamı Vladislav Doroninlə ayrıldıqdan sonra bir müddət modellik etmirdi. Yenidən sənətə qayıdan model yalnız ən yaxşı təklifləri qəbul edir.