“Bakı” FK-nın rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib

11 Oktyabr 2013 13:34 (UTC+04:00)

"Bakı" Futbol Klubunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib. Siasport.az saytının məlumatına görə, klub təbriki rəsmi saytı vasitəsi ilə dərc edib. "Bakı" FK-nın təbrikini olduğu kİmi nəzərinizə çatdırırıq:

"Fəxr edirik ki, cənab İlham Əliyev Azərbaycanda bir daha Prezident seçildi. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, ölkəmizdə quruculuq, abadlıq işlərinin aparılmasında, təhsil, səhiyyə, idman, mədəniyyət ocaqlarının yenidən qurulmasında cənab İlham Əliyevin misilsiz xidmətləri var. Bu gün siyasi aləmdə onun kimi siyasətçi tapmaq çətindir. Çünki İlham Əliyev ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısıdır, Heydər Əliyev ideyalarını uğurla həyata keçirir.

"Bakı" Futbol Klubunun rəhbərliyi"