“Hürriyet” qəzeti Röyadan yazdı

7 Oktyabr 2013 15:32 (UTC+04:00)

Türkiyənin məhşur "Hürriyet" qəzeti Röyadan yazıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi türk qadın müğənniləri haqqında maraqlı açıqlama verib: "Burada qadın sənətçilər arasında rəqabət yoxdur. Onların münasibətlərində qısqanclığın olduğunu düşünürdüm, ancaq mən bu fikrimdən daşındım. Çünki Deniz Seki, Bengü və Gülşən mənə qarşı o qədər səmimi oldular ki, onlar haqda səhv düşündüyümü anladım".

Qeyd edək ki, Röyanın sonuncu "Gəmiçilər" adlı mahnısı qardaş ölkədə ən çox sevilən mahnılar sırasındadır.