Tanınmış fransalı aktyor Pyer Rişar Rusiya vətəndaşlığını qəbul edə biləcəyini deyib. SİA-nın verdiyi xəbərə görə, aktyor Rusiyada yaşamağı düşünmür. Bu barədə Pyer Rişar Moskvada keçirdiyi mətbuat konfransı zamanı məlumat verib. O, özünü həmkarı Jerar Depardye ilə müqayisə edərək, yeganə fərqi nəvələrinin çox olmasında görüb. Rusiya vətəndaşlığını qəbul etmək istəyindən də söz açıb: "Böyük məmnuniyyətlə Rusiya vətəndaşlığını qəbul edərdim. Amma nəvələrimi qoyub gedə bilmərəm. Ona görə də Rusiyada yaşamaq kimi fikrim yoxdur".