Bu gün Şəki rayonu Qaratorpaq kəndində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə 300-ə yaxın seçici xüsusi fəallıqla iştirak edib.
Mərasimdə millət vəkili Cavanşir Feyziyev, YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov və digərləri iştirak edib. Kənd sakinləri yekdilliklə cənab İlham Əliyevi dəstəklədiklərini və ona səs verəcəklərini qeyd ediblər.