"Cavan ölüm, cəsədim yaraşıqlı olsun”

3 Oktyabr 2013 11:09 (UTC+04:00)

Türkiyənin məhşur aktyoru Nejat İşlerin sağlamlığı təhlükə qarşısındadır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyorun bədənində qırmızı ləkələr yaranmağa başlayıb və qara ciyəri sıradan çıxır. Yaxınlarının sözlərinə görə, Nejat gün ərzində 2 saat yatır. Bütün günü isə spirtli içki içir. Ətrafdakılar aktyora "Öləcəksən özünə yaxşı bax" söyləyəndə isə Necati "Mənə belə də yaxşıdır. Mənə toxunmayın. Onsuzda yaşadığım qədər yaşadım. Cavan ölüm, cəsədim yaraşıqlı olsun" sözləri ilə cavab verib.

Qeyd edək ki, aktyor Nejat İşler "İntiqam" serialından da içkiyə görə uzaqlaşdırılıb.